“Azərbaycan yığması güclü deyil, amma təhlükəlidir”
19.10.2013 - 09:48
“Azərbaycan yığması güclü deyil, amma təhlükəlidir”
“Rusiya yığmasının Braziliyadakı dünya çempionatına vəsiqə qazanması əladır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın xalq artisti Valentin Qaft deyib.

Tanınmış sənətkar DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycan – Rusiya oyununda əldə olunan 1:1 hesablı nəticəyə sevinib. Onun fikrincə, sonda Vaqif Cavadovun vurduğu qol şimallılar üçün dərs olmalıdır: “Lakin Bakıdakı oyundan danışmaq lazımdır. Bizi son dəqiqələrdə uğursuzluq izləyir. Azərbaycan yığması o qədər də güclü deyil. Amma təhlükəlidir. Cavadov sonradan meydana çıxdı və qol vurdu. Bu qolu buraxmasaydıq, biz biz olmazdıq. Bu bizim üçün əlavə dərs olacaq. Yoxsa hər şeyi bacardığımızı düşünürdük.
0