Firudin Quliyev Qran-Prinin ikiqat qalibi oldu!
08.12.2013 - 10:31
Firudin Quliyev Qran-Prinin ikiqat qalibi oldu!
Azərbaycanda keçirilən Beynəlxalq Ağır Atletika Federasiyasının IWF Qran-Prix – II Beynəlxalq Bakı Kuboku başa çatıb. Apasport.az saytının xəbərinə görə, atletlər arasında son olaraq körpücük üzərinə 69 kq çəki dərəcəsində A qrupunda mübarizə aparan kişilər çıxıb.

Bu çəkidə Azərbaycanın daha bir qızıl medal ümidi yarışdı. Ötən ilki Qran-Prinin qalibi olmuş Firudin Quliyev, dünən Valentin Xristovun etdiyi kimi titulunu qorudu. Son dünya çempionatının bürünc mükafatçısı və gənclər arasında dünya rekordunun müəllifi olan Firudin Quliyev, ona olan ümidləri doğrultdu.

Toplamda 305 kq (135 kq + 170 kq) nəticə göstərən atletimiz II Beynəlxalq Bakı Kubokunun qalibi adını qazandı.
0