Azərbaycan millisinin idmançısına “Audi” “atdılar”
06.02.2014 - 12:49
Azərbaycan millisinin idmançısına “Audi” “atdılar”

Azərbaycan millisinin ağırlıqqaldıranı İvan Stoitsov vətəni Bolqarıstanda xoşagəlməz halla üzləşib. Apasport.az saytının məlumatına görə, millimizdən imtina edən dünya çempionuna “atıblar”.

 

Belə ki, 31 yaşlı idmançı satdığı “Audi” markalı avtomobilin pulunu ala bilmir. Ötən ilin sonunda internet vasitəsilə maşınını satışa çıxaran İvan ölkə paytaxtı Sofiyadan müştəri tapıb. 24 yaşlı gənclə telefonla danışıb, sonra görüşən atlet onun lizinqlə ödənilməsi üçün razılaşıb.

 

Lakin dekabrın 30-da baş tutan görüşdə ilk ödəməni edib, avtomobili ələ keçirən sofiyalı bundan sonra aradan çıxıb: “Onunla razılaşdığımıza görə yanvarın 20-də növbəti 2000 levi ödəməli idi. Amma artıq fevralın əvvəli olsa da, hələ də ondan xəbər yoxdur. Telefon zənglərimə də cavab vermir. Özünü Stefan İvanov kimi təqdim edən bu şəxslə bağlı polisə də müraciət etdim. Lakin onlar lizinq məsələlərinə qarışmadıqlarını bildirdilər. Artıq Sofiyaya gedib, özüm onu axtarmaq məcburiyyətindəyəm”.

 

Qeyd edək ki, yenidən millimizə dönən Boyanka Kostovanın həyat yoldaşı olan Stoitsovun yalnız ilkin ödənişi – 2000 levi ala bilib. 

0