"Xəzər Lənkəran" qələbəni əldən verdi
22.07.2014 - 21:44
"Xəzər Lənkəran" qələbəni əldən verdi

Sloveniyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün növbəti yoxlama oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, cənublular Serbiya təmsilçisi “Rad”la qarşılaşacaq.

 

Bunadək keçirdiyi hər iki matçda qalib gələn Oğuz Çətinin yetirmələri növbəti dəfə qalib gəlməyə çalışacaq. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyun “Xəzər Lənkəran” TV ilə canlı yayımlanacaq.

 

Milan Milanoviçin çalışdırdığı Serbiya klubu 1958-ci ildə yaradılıb. Superliqanın son mövsümündə komanda 14-cü olub.

 

Qeyd edək ki, cənublular bu oyunadək Ukrayna “Karpatı”sını 2:1, Latviya “Yurmala”sını 3:1 hesabı ilə məğlub edib.

 

Yoxlama oyunu

22 iyul

“Xəzər Lənkəran” – “Rad” (Serbiya) - 2:2
Qollar: Tural Cəlilov, 21; Rauf Əliyev, 80 - Markoviç, 73; 82


“Xəzər Lənkəran”: Orxan Sadıqlı, Tural Cəlilov, Tyeqo Xesus, Adrian Skarlatake, Vanderson Skarduelli , Rahid Əmirquliyev, Elnur Abdullayev, Rəşad Sadiqov, Dejan Blajevski, Qalin İvanov, Franko Nildo


“Rad”: Yovanoviç, Raspopoviç, Bayiç, Markoviç M, Uroseviç, Qnatiç, Miloseviç, Stanoeviç, Veselenoviç, Yeliç, Peroviç 
 

Oyuna "Xəzər Lənkəran" başladı.

İlk təhlükəli "Rad"dan gəlir. Serbiya təmsilçisi  künc zərbəsi vuracaq.

"Rad" hesabı açmağa yaxın olur. Son anda Skarlatake topu cərimə meydançasında qapıya zərbə vurmağa hazırlaşan Peroviçdən "oğurlayıb", kornerə çıxarır.

Sadiqovun qapı qarşısına asmasını Bayiç kornerə çıxardı.

Cərimə meydançası qarşısında Nildoya qarşı kobudluq edilir. Yovanoviç Tyeqonun qüvvətli zərbəsini dəf edir.

Matçın keçirildiyi Bakoviçi qəsəbəsinə güclü yağış yağır. Oyunun yarımçıq qalma ehtimalı da var.

Turalın sol cinahdan asmasına Blajevski dəqiq zərbə vura bilmir.

Tural Cəlilov Rəşad Sadiqovun ideal ara ötürməsini dəqiq zərbə ilə tamamladı - 1:0.

Meydanın mərkəzində Blajevskiyə qarşı kobudluq edilir.

Serbiyalı futbolçular Abdullayevin qarşısını kobudluqla alır.

Yeliç cərimə meydançası daxilində özünü yerə atsa da, hakim qaydanın pozulmadığını bildirir.

Raspopoviç cərimə meydançasına topu əli ilə qapıçıya ötürsə də, hakim penalti təyin etmir.

 

Fasilə

 

Serbiya təmsilçisi ikinci hissəyə bu heyətlə çıxır.

“Rad”: Deyanoviç, Rodiç, Stanoeviç, Maraş, Viso, Stançeski, Simiç, Lukoviç, Nenadoviç, Markoviç, Mixayloviç

Oğuz Çətin isə 2 əvəzetməyə əl atır. Nildo Rauf Əliyevlə,  Blajevski isə Fernando ilə əvəzlənir.

"Rad" yüz faizlik qol şansını boşa verir. Markoviç 5-6 metrlik məsafədən topu qapının üstündən vurur.

Skarlatake sarı vərəqə ilə cəzalandırılır.

Raufun gözəl qolu hesaba alınmadı. Ofsayd.

"Rad" hesabı bərabərləşdirir. Markoviç Orxanla təkbətək mübarizədən qalib ayrılır - 1:1

Sadiqovun əvəzinə meydana Ağabala Ramazanov çıxdı.

Fernandonun təxminən 30 metrdən qapıya zərbəsində azacıq dəqiqlik çatmadı.

"Xəzər Lənkəran" yenidən önə çıxır. Rauf İvanovun ötürməsini bir toxunuşla tora göndərir.

Serbiyalılar "ağ-yaşıllar"ın müdafiə xəttində yaranan boşluqdan maksimum yararlanır.  Markoviç dublunu rəsmiləşdirir.

Fernandonun standart vəziyyətdən daha bir zərbəsi qapının üstündən keçir.

 

Oyun başa çatdı. 

0