“İnter” mərhələ adlaya bilmədi
24.07.2014 - 22:42
“İnter” mərhələ adlaya bilmədi

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, qarşılaşmalardan biri Azərbaycanda baş tutub.

 

Topaz Premyer Liqasının gümüş mükafatçısı “İnter” öz meydanında İsveç təmsilçisi “Elfsborq"la qarşılaşıb. Artıq 3-cü dəqiqədə "İnter"in oyunçusu Laşa Salukvadze qırmızı vərəqə alaraq meydandan qovulub və komandamız çətim vəziyyətə düşüb. Qonaq komanda bundan istifadə edərək 15-ci dəqiqədə hesabı açıb. Əsas və əlavə edilmiş vaxt bu hesabla başa çatıb. Penaltilər seriyasında isə daha sərrast olan “Elfsborq" "İinter"i turnirdən kənarlaşdırıb.

 

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları

24 iyul

"İnter" - "Elfsborq" (İsveç) - 0:1 

Penaltilər: 3-4

Qol: Hauqer, 45

Qırmızı vərəqə: Laşa Salukvadze ("İnter")

Baş hakim: Stanislav Todorov (Bolqarıstan)

"Şəfa" stadionu

İNTER: 1. Georgi Lomaya (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 15. Yohan Bokonyano, 33. Matiya Şpiçiç, 6. Slavço Georgiyevski, 8. Mikel Alvaro, 21. Arif Daşdəmirov, 88. Derlis Meza Kolli, 27. Dieqo Madriqal, 28. Baçana Sxadadze.
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 4. İvan Benites, 17. Məhəmməd Mirzəbəyov, 7. Abdulla Abatsiyev, 9. Mirzağa Hüseynpur, 11. Asif Məmmədov, 13. Mirsayib Abbasov.
Baş məşqçi: Kaxaber Sxadadze.
ELFSBORQ: 1. Kevin Elleqor, 7. Yohan Larsson (k), 11. Daniel Mobek, 12. Sebastyan Holmen, 8. Anders Svensson, 20. Adam Lundqvist, 21. Henninq Hauqer, 25. Markus Rohden, 9. Lars Nilsson, 16. Viktor Klaesson, 17. Per Frik.
Ehtiyat oyunçular: 30. Abbas Hassan 13. Arber Zeneli, 15. Andreas Klarström, 14. Anton Andreasson, 10. Mikkel Bekmann, 19. Simon Hedlund, 24. Viktor Prodell.
Məşqçi: Yan Miyan.

0