Mourinyo: Droqba yenidən tarix yazmaq üçün qayıdıb
26.07.2014 - 04:34
Mourinyo: Droqba yenidən tarix yazmaq üçün qayıdıb

 

“Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo Didye Droqbanın komandaya qayıtması barədə danışıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis futbolçunun komandaya qayıtmasının keçmiş xidmətlərinin əvəzi olmadığını, Droqbanın Avropanın ən yaxşı hücumçularından biri olaraq qaldığı üçün qaytarıldığını bildirib.

 

Xatırladaq ki, “zadəganlar” iyulun 25-də 36 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıblar. Mourinyo klubun rəsmi saytına açıqlamasında  Droqbanın həqiqətən də tarixdə ən yaxşı futbolçulardan biri olduğunu qeyd edib: “Mən bu adamı yaxşı tanıyıram. Bilirəm ki, klub qarşısında köhnə xidmətlərinin kölgəsi altında qayıtmayıb. O, yeni tarix yazmaq əhval-ruhiyyəsi ilə qayıdıb”.

 

Droqba 2004-2012-ci illərdə “Çelsi”də çıxış edib. O, sonuncu dəfə “zadəganların” heyətində Çempionlar Liqasının finalında çıxış edib. Droqba “Bavariya”ya qarşı oyunun son dəqiqələrində “Çelsi”ni məğlubiyyətdən qurtarıb, sonra isə penaltilər seriyasında qələbə qolunu vurub. O, 157 qolla London klubunun ən yaxşı bombardiridir.

 

 

0