[b]Branimir Subaşiç də “casus” çıxdı: ...“Neftçi” daha zəifdi[/b]
21.08.2014 - 11:42
[b]Branimir Subaşiç də “casus” çıxdı: ...“Neftçi” daha zəifdi[/b]

“Neftçi” “Koper” və “Çixura” ilə oyunlarda növbəti mərhələyə keçməyin öhdəsindən gəldi. “Partizan”la 2 il əvvəl heç-heçə oynayan vaxtdan indiki “Neftçi” daha zəifdi. Ancaq mənə elə gəlir ki, “ağ-qaralar” (“Partizan”ı nəzərdə tutur – red.) onda daha yaxşı komanda idi”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Manisaspor” klubunun hücumçusu Branimir Subaşiç deyib.

 

2005-2008-ci illər ərzində “Neftçi”nin şərəfini qorumuş Subaşiç Serbiya mətbuatına danışıb.

 

Ölkəmizdən ayrıldıqdan sonra 2 il “Srvena Zvezda”da çıxış etməsinə baxmayaraq, bu komandanın əzəli rəqibi olan “Partizan”ın Nikolas Kanalesdən ehtiyatlanmalı olduğunu bildirib: “O, 2 mövsüm əvvəl ən yaxşı bombardir olub. “Ağ-qaralar” onun böyük təhlükəli hücumları ilə üzləşəcək. Flavinyo və Vobay 2 il əvvəl də oynayıb. Solaxay olan yarımmüdafiəçi Araz Abdullayev isə Azərbaycanın ən yaxşı futbolçusu sayılır. Nfor da təhlükəli oyunçudu. “Çixura” ilə cavab oyununda komandasının bütün 3 qolunu məhz o vurdu. Mən yalnız “Neftçi”nin müdafiə xəttini yaxşı tanımıram”.

 

Millimizin sabiq hücumçusu “Neftçi” ötən mövsüm çempionatda niyə mükafatçılar sırasına düşməməsinə də aydınlıq gətirməyə çalışıb: “Ötən mövsüm onlarda pis alındı. Bu mövsüm isə titul uğrunda mübarizə aparacaqlar. “Qarabağ” ötən mövsüm dominantlıq etdi. Çünki onlar transferlərə ən çox pul xərcləyən komanda idi, ona görə də toxunulmaz idilər”.

 

Sonda Subaşiç komandaların şanslarını dəyərləndirib: “Şanslar bərabərdir. “Partizan”ın “Ludoqorets”lə oyunlarından razı qalmadım. Onlar bu gün daha açıq oynamalıdır. İlk dəqiqələrdə vurulan qol onlara qələbə qazandıra bilər. Azərbaycanlılar cavab matçında stadionu dolduracaq. Ona görə də yaxşı olar ki, “Partizan” cavab qarşılaşması öncəsi üstünlük əldə etsin”.

 

Qeyd edək ki, Avroliqanın pley-off mərhələsi çərçivəsində baş tutacaq “Partizan” – “Neftçi” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:15-də start götürəcək. Görüşü türkiyəli referi Hüseyin Göçək idarə edəcək.

0