“Bakı”nın baş məşqçisi biabırçı hesaba görə üzr istədi
19.09.2014 - 20:25
“Bakı”nın baş məşqçisi biabırçı hesaba görə üzr istədi

“İstədiyimiz olmadı. Xüsusən də ilk hissədə çox pis oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Bakı”nın baş məşqçisi İbrahim Uzuncaya məxsusdur.

 

Türkiyəli çalışdırıcı Topaz Premyer Liqasının VI turun açılış oyununda səfərdə “İnter”ə darmadağınla məğlub olmalarından danışıb.

 

O, biabırçı hesabla uduzmalarından sonra üzr istəyib: “Yaxşı hazırlıq keçməyən futbolçularımızda motivasiya da aşağı səviyyədədir. Hər qoldan sonra oyundan soyuduq. Mən bu gün futbolçularımı tanıya  bilmədim. Biz bu məğlubiyyəti unudub, qarşıdakı oyunlara baxmalıyıq. “Bakı” tarixi ərzində bu hesabla uduzmamışdı. Buna görə üzr istəyirəm. Komandanı daha yaxşı yerlərə gətirmək üçün çalışacağıq”. 

0