Millimiz uduzdu, Çin qazandı - YENİLƏNİB
02.10.2014 - 00:16
Millimiz uduzdu, Çin qazandı - YENİLƏNİB

İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, bu gün ikinci qrup mərhələsinin oyunlarına start verilib.

 

İlkin qrup mərhələsini 4-cü yerdə başa vuran millimiz də bu gün meydana çıxıb. Komandamız A qrupunu lider kimi adlayan ev sahibləri ilə üz-üzə gəlib. İlk 5 turda yalnız Dominikan Respublikasına 2:3 hesabı ilə uduzan təşkilatçı ölkənin voleybolçuları komandamız üçün çox ciddi rəqiblərdən biri sayılırdı. 

 

Bari şəhərinin "PalaFlorio" salonunda baş tutan qarşılaşmada qızlarımız 3:1 hesabı ilə uduzub.

 

Dominikan Respublikası Belçikanı (3:2), Xorvatiya Yaponiyanı (3:2) və Çin Almaniya yığmasını (3:0) məğlub edib.

 

Qeyd edək ki, II qrupda hər bir yığmaların ilk mərhələdə "4-lük" komandaları ilə matçlarda qazandıqları xallar da saxlanılır.

 

II qrup mərhələsi

E qrupu

1 oktyabr

I tur

Dominikan Respublikası - Belçika - 3:2 (25:17; 25:22; 22:25; 22:25; 15:6)

Bari. "PalaFlorio" salonu.

 

Xorvatiya - Yaponiya - 3:2 (18:25; 25:23; 25:27; 25:20; 15:8)

Trieste. "PalaTrieste" salonu.

 

İtaliya - Azərbaycan - 3:1 (25:19; 25:21; 21:25; 25:23)

Bari. "PalaFlorio" salonu.

 

Almaniya - Çin - 0:3 (16:25; 23:25; 23:25)

Trieste. "PalaTrieste" salonu.

 

Çin

4

4

0

12-2

333-266

11

Italiya

4

3

1

11-5

362-305

10

Dominikan R

4

4

0

12-8

432-398

8

Yaponiya

4

1

3

9-10

396-408

6

Xorvatiya

4

2

3

8-10

352-399

5

Belçika

4

1

3

6-9

322-335

4

Azərbaycan

4

1

3

4-11

290-346

2

Almaniya

4

0

4

5-12

343-373

2

0