Reynaldo ilk “üçlük”də
25.10.2014 - 13:07
Reynaldo ilk “üçlük”də

Avropa Liqasında qrup mərhələsinin ilk 3 turundan sonra futbolçuların fərqi göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışdakı yeganə Azərbaycan təmsilçisi “Qarabağ”ın oyunçuları yalnız bir məqamla diqqət çəkib.

 

Bu da braziliyalı legioner Reynaldonun adı ilə bağlıdır. Qol vurmaqda əziyyət çəkən cənubi amerikalı hücumçu zərbələrinin qarşısı daha çox alınan 3 futbolçudan biridir.

 

3 oyunda 4 dəfə rəqibləri onun zərbəsini zərərsizləşdiriblər. Bu göstəricidə yalnız “Zalsburq”un üzvü Kevin Kempl ondan öndədir – 5 dəfə. “Sürix”in futbolçusu Avraham Rikan isə elə Reynaldo qədər – 4 dəfə hədəfə düşmək əvəzinə rəqib bloka tuş gəlib.

0