[b]Patrik Hikki: Ermənistan Bakı-2015 Avropa Oyunlarında iştirak edəcək[/b]
22.11.2014 - 15:50
[b]Patrik Hikki: Ermənistan Bakı-2015 Avropa Oyunlarında iştirak edəcək[/b]


"Ermənistan tərəfi Bakı-2015 Avropa Oyunlarında iştirakını təsdiqləyib". Apasport.az saytının xəbərinə görə, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Bakıda keçirilən mətbuat konfransında deyib: "Bir neçə həftə əvvəl Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla birlikdə Ermənistanda oldum. Ermənistanla danışıqlar normal keçdi. Erməni tərəfi həmçinin indi başa çatan Baş Assambleyada iştirak edib. Ermənistanı təmsil edən iki nümayəndə ilə müzakirələr apardım. Ermənistan tərəfi 49 iştirakçı ölkədən biri kimi yarışlara qatılacaq".

Pattik Hakkinin sözlərinə görə, Olimpiya oyunlarına hazırlıq üçün ölkələrə 5-7 il vaxt verilir. Azərbaycan isə bu işləri 2 ildə yüksək səviyyədə yerinə yetirir.
 

Azərbaycan Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə isə Olimpiya Oyunlarından və qaydalardan danışıb. O bildirib ki, 20 idman növü üzrə yarışlar keçiriləcək. Yeni qaydalara əsasən, güləşin hər üç növü üzrə 6 çəki qaydası saxlanılıb. Bu, Beynəlxalq Güləş Federasiyasının qəbul etdiyi qərardır.
 

0