12 Aprel 09:24 Azərbaycan çempionuna qalib gələn komanda “qızıl” ala bilmədi
TOP OYUNLARI xəbərləri 12 Aprel 09:24
394 baxış

Azərbaycan çempionuna qalib gələn komanda “qızıl” ala bilmədi

Qadın və kişi voleybolçular arasında “Çelenc Cup” yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirdə Yunanıstan klublarından biri çempion olduğu halda, digəri məğlubiyyətə üzülüb.

 

Belə ki, qadın voleybolçuların yarışında “Olimpiakos” sensasiyaya imza atıb. Evdə Türkiyənin “Bursa BŞB” klubuna 2:3 hesabı ilə uduzan yunanlar Bursada təşkil olunan qarşılaşmada 3:1 hesabı ilə qalib gələrək, qızıl medallara yiyələnib.

 

Kişi klubların yarışında isə “Ravenna” (İtaliya) çempion tituluna sahib olub. Onlar final mərhələsində “Olimpiakos”dan güclü olublar. İtaliyalılar 1/4 finalda Azərbaycan çempionu “Lokomotiv”i mübarizədən kənarlaşdıran yunanları hər 2 qarşılaşmada 3:1 hesabı ilə məğlub ediblər.

Xəbər lenti