Miro Varvodiç: “Qarabağ”ın bəxti gətirmədi”
25.02.2023 - 14:49
Miro Varvodiç: “Qarabağ”ın bəxti gətirmədi”

“Qarabağ”ın Bakıda “Gent”lə oyununu izləmişdim. Həqiqətən Qurban Qurbanovun komandası çox yaxşı oynamışdı. Layiqli qələbəsini də qazandı”. 

Bunu apasport.az saytına “Qarabağ”ın sabiq qapıçısı Miro Varvodiç deyib. 

Xorvatiyalı qolkiper Ağdam təmsilçisinin Konfrans Liqasında “Gent”ə (Belçika) uduzaraq, çıxışını dayandırması ilə bağlı fikirlərini bildirib: “Qarabağ” Belçikada da baxımlı futbol nümayiş etdirdi. Məncə, bəxt də öz sözünü dedi. Yoxsa mütləq növbəti mərhələyə adlayacaqdılar. Sadəcə bəxtsizlik yaşandı. Penaltilər seriyasına gəldikdə, bu, hər zaman deyildiyi kimi, şans məsələsidir. Heç nə olmaz. Əsas odur ki, “Qarabağ” həqiqətən çox yaxşı futbol oynayır. Onlar illərdir ki, avrokuboklarda mübarizə aparır. “Qarabağ” üçün rəqibin fərqi yoxdur, hər bir rəqibə qarşı öz futbolunu tətbiq edir. Sadəcə yeni oyunçular var, yəqin ki, zamanla hər şey daha yaxşı olacaq. Buna tam əminəm”.

Qeyd edək ki, Bakıda 1:0 hesablı qələbə qazanan “Qarabağ” eyni nəticə ilə uduzduğu görüşün penaltilər seriyasında da yenilib – 3:5.

0