Moldova – Azərbaycan: Kim şanslıdır?
16.11.2022 - 15:28
Moldova – Azərbaycan: Kim şanslıdır?

Beynəlxalq yoldaşlıq oyunları çərçivəsində keçiriləcək Moldova - Azərbaycan görüşünün əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları rəqib meydanında mübarizə aparacaq millimizi matçın favoriti sayırlar. 

Bu gün Kişinyovda baş tutacaq qarşılaşmada Moldovanın qələbəsi 3,44, millimizin uğuru 2,21 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,10 əmsal verilib.
 
Qeyd edək ki, “Zimbru” stadionundakı görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
 

0