Portqaliya millisinin baş məşqçisi: “İstədiyimiz nəticəni qazandıq”
27.03.2026 - 17:58
Portqaliya millisinin baş məşqçisi: “İstədiyimiz nəticəni qazandıq”

Portuqaliyanın U-21 milli komandası Avro-2027-nin seçmə mərhələ oyunu çərçivəsində Bakıda Azərbaycan yığmasını 4:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Luis Freyre matçdan sonra keçirilən brifinqdə fikirlərini bölüşüb:

"Bilirdik ki, asan oyun olmayacaq. Rəqib hər matçda maksimumunu verməyə çalışır. Azərbaycan millisinin hücumda sürətli oyunçuları var. Buna görə də əks-hücumlarda diqqətli olmalıydıq. Futbolçularımız yaxşı hücumlar qurdular və bunlardan yararlandılar. Azərbaycan yığması ikinci hissədə yoruldu və müdafiəyə çəkildilər. Bu da bizim qol vurmağımızı asanlaşdırdı".

- Hesaba baxsaq, asan oyun olduğunu demək olar? 
- Hər şey bizim özümüzdən asılıdır. İlk dəqiqələrdən oyuna ciddi yanaşmasaydıq, bu, bizə baha başa gələ bilərdi. Futbolçularım oyuna ciddi yanaşdılar və sonda istədiyimiz nəticəni qazandıq.

- Hava şəraiti oyununuza nə dərəcədə təsir etdi? 
- Oyunun əvvəlindən axıra kimi yağış yağdı. Amma bunun gedişat təsir göstərdiyini deməzdim. Topun hərəkətinə heç bir çətinlik yaratmırdı.

- Azərbaycan millisi ilə iki oyun keçirdiz. Sizcə, millimizin problemi nədir? 
- Güclü rəqiblərlə oyunlarda müdafiədə inamlı çıxış etməyə çalışırlar. Azərbaycanda oyunçu seçimi üçün nə qədər imkanların olduğunu bilmirəm. Komanda müdafiədə yaxşı çıxış edir. Hücumda da sürətli oyunçuları var. Əks-hücumlardan yararlana bilərlər.

- Azərbaycanın U-20 millisinə portuqaliyalı baş məşqçi təyin olunub. Bununla bağlı fikirləriniz necədir? 
- Ruy Jorje çox təcrübəli məşqçidir. Uzun illər Portuqaliyanın U-21 millisinin çalışdırıb, iki dəfə Avropa çempionatının finalında oynayıb. Düşünürəm ki, o işinin öhdəsindən gələcək.