“Qarabağ” – HİK: KİM ŞANSLIDIR?
10.08.2023 - 11:46
“Qarabağ” – HİK: KİM ŞANSLIDIR?

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) – HİK (Finlandiya) görüşünün əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları evdə mübarizə aparacaq Ağdam təmsilçisini matçın favoriti sayırlar. 

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçda Azərbaycan çempionunun qələbəsi 1,42, Finlandiya təmsilçisinin uğuru 6,97 əmsaldır. Qarşılaşmada heç-heçəyə 4,32 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.
 

0