“Qarabağ” - “Linkoln”: KİM ŞANSLIDIR?
19.07.2023 - 14:26
“Qarabağ” - “Linkoln”: KİM ŞANSLIDIR?

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) - “Linkoln” (Cəbəllütariq) görüşünün əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları evdə mübarizə aparacaq Ağdam təmsilçisini matçın aşkar favoriti sayırlar. 

Bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq matçda Azərbaycan çempionunun qələbəsi 1,10, 
cırtdan ölkə təmsilçisinin uğuru 20,00 əmsaldır. Qarşılaşmada heç-heçəyə 8,06 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.

0