“Neftçi” “Sumqayıt”ı məğlub etdi
03.02.2024 - 12:36
“Neftçi” “Sumqayıt”ı məğlub etdi

Azərbaycan Basketbol Liqasında 13-cü turun daha bir oyunu baş tutub.

Apasport.az-ın məlumatına görə, “Sərhədçi” İdman Mərkəzində keçirilən matçda “Neftçi” “Sumqayıt” ilə qarşılaşıb.

Matç "Neftçi"nin 113:96 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, matçın ən məhsuldar basketbolçuları “Neftçi”dən Di Ancelo Stüart (24 xal, 4 asist), “Sumqayıt”dan Lenard Dikson (29 xal, 6 ribaund) olub.

0