Ölkə kubokunda yarımfinalçılar bəlli oldu
27.03.2024 - 21:56
Ölkə kubokunda yarımfinalçılar bəlli oldu

Basketbol üzrə Azərbaycan kubokunda qrup mərhələsinə yekun vurulub.

Apasport.az xəbər verir ki, B qrupunda 2 matç keçirilib.

Hər iki görüş “Sərhədçi” İdman Mərkəzinin meydanına baş tutu. “Gəncə” "Şəki"ni məğlub edib.

Ardından “Sabah”la NTD-İNDİQO arasında oyun keçirilib. Çempion "Sabah" güclü rəqibinə uduzaraq, qrup mərhələsini 3-cü pillədə başa vurub.

Qeyd edək ki, A qrupunda “Neftçi” və “Xəzri”, B qrupunda isə NTD-İNDİQO ilə "Sərhədçi" yarımfinala yüksəlib.

Azərbaycan kuboku
27 mart
B qrupu, V tur

“Gəncə” – “Şəki” - 85:78 (26:16, 23:17, 15:23, 21:22)
“Sabah” – NTD-İNDİQO - 85:89 (16:24, 23:20, 25:20, 21:25)

0