"Xırdalan" "Sumqayıt"ı məğlub etdi
26.03.2024 - 20:23
"Xırdalan" "Sumqayıt"ı məğlub etdi

Basketbol üzrə Azərbaycan kubokunda növbəti matç keçirilib.

Apasport.az xəbər verir ki, A qrupunda "Xırdalan" "Sumqayıt"la qarşılaşıb.

Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. İlk və üçüncü çeyrəyi öndə tamamlayan "Xırdalan", ikinci və dördüncü çeyrəklərdə rəqibindən geri qalıb. Lakin komanda nəticədə 89:83 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, qrupda ilk 2 yerin sahibi yarımfinala yüksələcək.

Azərbaycan kuboku
26 mart
A qrupu, V tur

16:30. "Xırdalan" –"Sumqayıt" - 89:83 (22:19,19:21, 29:21, 19:22)

0