DÇ-26: Türkiyəyə şok: Avstraliya hesabı açdı - YENİLƏNİR
14.06.2026 - 08:28
DÇ-26: Türkiyəyə şok: Avstraliya hesabı açdı - YENİLƏNİR

2026-cı il dünya çempionatında D qrupunda mübarizə davam edir.

Apasport.az xəbər verir ki, qrupun ikinci matçında Türkiyə yığması Avstraliya ilə qarşılaşır. 

Oyunda hesabı 27-ci dəqiqədə Avstraliya açıb. Əks hücum zamanı İrankunda müdafiəçilərdən ustalıqla sıyrılaraq topu Uğurcan Çakırın qoruduğu qapıdan keçirib. 

Vankuverdə keçirilən görüş Bakı vaxtı ilə saat 08:00-da başlayıb.

DÇ-2026
D qrupu
14 iyun 08:00
Avstraliya - Türkiyə 1:0

Qol: İrankunda, 27

Türkiyə: Uğurcan, Zeki, Merih, Abdülkerim, Ferdi, İsmail, Orkun, Hakan, Arda, Barış, Kerem

Avstraliya: Beaç, Circati, İtaliano, Bos, Souttar, Burgess, Metcalfe, O'Neill, Okon-Engstler, Toure, İrankunda