Avropa çempionumuz dünya çempionatında mübarizəyə başlayacaq
23.05.2024 - 09:21
Avropa çempionumuz dünya çempionatında mübarizəyə başlayacaq

Bu gün daha bir cüdoçumuz Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Apasport.az xəbər verir ki, Zelim Kotsoyev 100 kq çəki dərəcəsində gücünü sınayacaq.

2023-cü ildə Avropa çempionu olan idmançı 1/16 finalda Pyotr Kuçera (Polşa) - Jonqhoon Von (Cənubi Koreya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Hidayət Heydərov mundialda (73 kq) qızıl medal qazanıb.

0