[b]"Proqres" - "Qəbələ" oyunu canlı yayımlanacaq[/b]
19.07.2018 - 18:13
[b]"Proqres" - "Qəbələ" oyunu canlı yayımlanacaq[/b]

Avropa Liqası I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Proqres" - "Qəbələ" matçını azarkeşlər izləyə biləcəklər. Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

 

Bildirilir ki, Lüksemburqdakı qarşılaşmanı heç bir televiziya kanalı göstərməsə də, klub azarkeşlər üçün yayım təşkil edəcək. Belə ki, oyun internet vasitəsilə göstəriləcək.

 

Bakı vaxtı ilə 21:30-da start götürəcək matçın start fitinə 1 saat qalmış canlı yayımın keçidi rəsmi səhifədə və klubun saytında paylaşılacaq.

0