[b]Qurbanov “Keşlə”yə lazım olmadı[/b]
12.01.2018 - 10:48
[b]Qurbanov “Keşlə”yə lazım olmadı[/b]

Qış təlim-məşq toplanışını Bakıda keçirən “Keşlə” baxışda olan futbolçulardan biri ilə bağlı qərarını verib. Bunu apasport.az saytına açıqlamasında paytaxt klubunun icraçı direktoru Rəmiş Malıyev deyib.

 

O bildirib ki, dünən I divizion təmsilçisi “Qaradağ Lökbatan”la (3:1) keçirilən yoxlama görüşündən sonra baş məşqçi Yuri Maksimov yarımmüdafiəçi Məhəmməd Qurbanovla bağlı qərarını açıqlayıb. Ukraynalı mütəxəssis milliləşdirilən futbolçunun hazırkı durumundan məmnun qalmayıb və ona ehtiyac duymadığını bildirib. “Kəpəz”in sabiq üzvü artıq bu gündən məşqlərə qoşulmayacaq.

 

“Keşlə”də baxışda olan digər 4 futbolçu - Herve Tçami, İdris Musluyev, Nemanya Stoyanoviç və Ruslan Cəfərov isə hələ bir müddət sınanacaq.

0