[b]Yubileylər gününə “Neftçi” “töhfə”si[/b]
20.07.2018 - 12:57
[b]Yubileylər gününə “Neftçi” “töhfə”si[/b]

Azərbaycan klublarının Avropa Liqasının I təsnifat mərhələsində keçirdiyi cavab oyunları yubileylərlə zəngin olub. Apasport.az saytının məlumatına görə, “Keşlə” və “Qəbələ”nin təsəlli xarakterli qələbələri yubiley kimi tarixə düşüb.

 

Malta “Baltsan”ını 2:1 hesabı ilə məğlub edən qəsəbə təmsilçisi Azərbaycan üçün qitənin ikinci dərəcəli klub turnirində 60-cı qələbəni qazanıb. Bunadək təmsilçilərimiz öncə UEFA kuboku, sonra Avropa Liqası adlanan yarışda keçirdiyi 209 qarşılaşmada 59 dəfə sevinmişdi.

 

Lüksemburqda “Proqres”i 1:0 hesabı ilə yenən “Qəbələ” isə üçqat yubiley qeyd edib. “Qırnızı-qaralar” klub tarixində 10-cu avrokubok qələbəsini 36-cı matçda rəsmiləşdirib.

 

Lüksemburqda həm də 2009-cu ildən sonra Avropa Liqası adlanan yarışda 55-ci dəfə Azərbaycan klubu qalib gəlib.

 

“Proqres” üzərində qələbə həm də avrokuboklar tarixinə 90-cı uğurumuz kimi düşüb. Dünənədək 311 avrokubok matçına çıxan Azərbaycan təmsilçiləri 88 dəfə qalib gəlmişdi. 313-cü qarşılaşma 90-cı kimi düşüb.

 

Yubileylər gününə “Neftçi” də öz “töhfə”sini verib. Bakılılar avrokuboklarda 90-cı qolunu buraxıb. Bunadək 87 qola üzülən “ağ-qaralar” 58-ci qitə miqyaslı matçında bu rəqəmi 91-ə qədər artırıb.

0