"Bayern"dən qələbə, PSJ-dən məğlubiyyət
11.02.2023 - 22:18
"Bayern"dən qələbə, PSJ-dən məğlubiyyət

UEFA Çempionlar Liqasının pley-offunda bir-birinə rəqib olan "Bayern" və PSJ milli çempionatlarda fərqli nəticələrlə yadda qalıb.

Apasport.az xəbər verir ki, Münxen təmsilçisi Almaniya Bundesliqasının XX turunda öz meydanında "Boxum"u 3:0 hesabı ilə məğlub edərək liderliyini möhkəmlədib.

Zədələri olan Kilian Mbappe və Lionel Messisiz meydana çıxan PSJ isə Fransa çempionatının XXIII turunda səfərdə güclü "Monako"ya 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, PSJ fevralın 14-də "Bayern"i qəbul edəcək.

0