Millimiz penaltilərlə qalib gəldi, Yunanıstandan 7 qol - YENİLƏNİB
17.04.2015 - 17:02
Millimiz penaltilərlə qalib gəldi, Yunanıstandan 7 qol - YENİLƏNİB

Bakıda keçirilən UEFA-nın İnkişaf turnirində II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 16 yaşadək qızların yarışında daha iki qarşılaşma baş tutub.

 

Günün ilk matçında Yunanıstan Gürcüstanı sınağa çəkib. İlk matçda Qazaxıstana 10 cavabsız qol vuran Ellada təmsilçisi bu dəfə 7 dəfə fərqlənib – 7:0.

 

Millimiz isə Bayıl stadionunda qazaxıstanlıların müqavimətini qırmaqda çətinlik çəkib. İlk turun Gürcüstanla matçında 5 cavabsız qola sevinən komandamız bu dəfə heç-heçəylə kifayətlənib. Yarışın əsasnaməsinə görə qarşılaşma heç-heçə bitdiyindən rəqiblər qüvvəsini penaltilər seriyasında sınayıb. Millimiz penaltilərdə daha dəqiq olub – 5:4.

 

 

 

UEFA-nın İnkişaf turniri

17 aprel

 

 Yunanıstan – Gürcüstan - 7:0

“Dalğa Arena”

Azərbaycan – Qazaxıstan - 0:0, pen.5:4

Bayıl stadionu

 

 

 

0