UEFA “Mançester Siti”ni də bağışladı
03.07.2015 - 22:28
UEFA “Mançester Siti”ni də bağışladı

UEFA-nın maliyyə məsələləri haqqında qanununa bir neçə dəyişiklik edildikdən sonra Ali futbol qurumu “Mançester Siti”yə tətbiq olunan bəzi sanksiyalara da son qoyub. Apasport.az saytının BBC-yə istinadən məlumatına görə, klub artıq bütün imkanlarından istifadə edə bilər.

 

Bu günə qədər isə “şəhərlilər”in maliyyə xərcləri 49 milyon avroya qədər məhdudlaşdırılmışdı. Ayrıca kluba Çempionlar Liqasında iştirak ərizəsinə daxil edə biləcəyi oyunçularla bağlı da limit qoyulmuşdu.

 

Qeyd edək ki, UEFA daha əvvəl PSJ-nin bütün məhdudiyyətlərini ləğv etmişdi.

0