[b]Yaşıl meydanlarda növbəti faciə: 18 yaşında dünyasını dəyişdi[/b]
03.09.2015 - 08:54
[b]Yaşıl meydanlarda növbəti faciə: 18 yaşında dünyasını dəyişdi[/b]

Yunanıstan futbolunda faciə baş verib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “Veriya” klubunun qapıçısı Stelios Markusis dünyasını dəyişib.

 

Əsas komandaya yenicə cəlb olunan 18 yaşlı qolkiper məşq zamanı özünü pis hiss edib və huşunu itirib.

 

Markusis dərhal xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Gənc futbolçunun ürəktutmadan vəfat etdiyi məlum olub.

 

Klubdan isə Markusisin bu baxımdan heç vaxt şikayət etmədiyi bildirilib.

  

0