[b]“Bir zərbə 90 dəqiqənin taleyini həll etdi” - İmoh Ezekyel[/b]
02.10.2015 - 12:42
[b]“Bir zərbə 90 dəqiqənin taleyini həll etdi” - İmoh Ezekyel[/b]

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın məğlub etdiyi “Anderlext”in futbolçusu İmoh Ezekyelin apasport.az saytına müsahibəsi

 

- Görüşün favoriti olsanız da, xalsız qaldınız. Niyə məğlub oldunuz?

- Artıq iş-işdən keçib. Uduzmuşuq, evə xalsız dönürük. Qol buraxdıqdan sonra oyunu dəyişməyə çalışdıq. Amma cəhdlərimiz nəticəsiz qaldı. Hər halda, bizim daha çox qol epizodumuz olduğunu təsdiqləyərsiz. Təbii ki, xal qazana bilmədiyimizə görə məyusuq.

 

- “Qarabağ”dan bu oyunu və nəticəni gözləmirdiz?

- Uzaq məsafədən vurulan bir zərbə 90 dəqiqənin taleyini həll etdi. Orda qapıçının səhvi var idi, ya yox, deyə bilmərəm. Fakt odu ki, uduzduq. “Qarabağ”dan bu oyunu gözləyirdikmi? Bütün rəqiblərə hörmətlə yanaşırıq. Asan və ya çətin komanda olmur. Pis, ya da yaxşı oyun olur.

 

- Şanslarınızdan istifadə edə bilməməyiniz nəyin göstəricisidi?

- Həqiqətən də, düşündükcə təəccüblənirsən. Epizodların birində qapıçınız fantastik reaksiya göstərdi. Digərində isə müdafiəçiniz yaxşı oynadı. Bu gecə bəxtimiz gətirmədi. Komandamız pis oynamadı. Hücumlar qurduq. Çatışmayan yeganə şey onları realizə edə bilməmək oldu.

 

- Qazonun vəziyyəti oyununuza hansısa şəkildə təsir etdimi?

- Hər iki komanda eyni şərtlər altında çıxış edirdi. Ona görə də, şikayətlənməyə dəyməz. Məncə, qazon ideal olmasa da, normal vəziyyətdə idi.

 

- Bəs qrupla bağlı nə düşünürsüz? “Qarabağ”ın Avropada kifayət qədər tanınmış rəqibləri arasından sivrilib, növbəti mərhələyə adlamaq şansı varmı?

- Hər birimizin şansı var. “Qarabağ” indi ikinci pillədədi. Amma ondan aşağıda yer alan “Monako”nun, eləcə də bizim mərhələ adlamaq şansımız az deyil. Biz qarşıdakı oyunlarda xarakter göstərməli, vəziyyəti xeyrimizə dəyişməliyik. Hələ ki, hamının şansları bərabərdi.

 

0