Topaz Premyer Liqasında XX tura start verilib. Apasport.az saytının məlumatına görə, tur paytaxt derbisi ilə başlayıb.
Mövsümün ikinci yarısına qələbə ilə start götürən “Neftçi” birinciliyin autsayderi “Rəvan”ı sınağa çəkib. Çempionatın II dövrəsində öz meydanında gözlənilmədən uduzan “ağ-qaralar” həmin uğursuzluğun revanşını almaq arzusunda idilər.
Son 6 oyunda 3 xal üzünə həsrət olan “Rəvan” isə rəqibə daha bir zərbə vurmaq və özündən yuxarı pillələrdəki komandalara yaxınlaşmaq niyyətində idi.
İkinci hissənin əvvəllərində “Rəvan” gözlənilmədən hesabı açsa da, meydan sahibləri son dəqiqələrdə məğlubiyyətdən qaça biliblər. Buna baxmayaraq, “Neftçi” autsayder komanda ilə görüşdə önəmli 2 xal itirərək, avrokuboklara vəsiqə yolunda ciddi zərbə alıb.
Topaz Premyer Liqası
XX tur
5 fevral
“Neftçi” – “Rəvan” - 1:1
Qollar: Jairo Filyo Rodriges, 83 - Ceyhun Abdullayev, 48
Qırmızı vərəqələr: Jairo Filyo Rodriges, 88 - Yasin Həmid, 89
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Xaqani Məmmədov
8-ci km qəsəbə stadionu
Mövsümün ilk yarısındakı oyunlar: 3:1, 2:3
“Neftçi”: 1. Aqil Məmmədov, 3. Filyo Jairo Rodriges, 5. Xuan Alberto Melli, 6. Aylton Silva, 7. Araz Abdullayev (k), 10. Cavid İmamverdiyev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 20. Salas Quinta Antonio, 95. Elvin Bədəlov
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 18. Elşən Rzazadə, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 61. Təyyar Məmmədov
Baş məşqçi: Əsgər Abdullayev
“Rəvan”: 1. Rəşad Əzizli, 15. Ceyhun Abdullayev, 21. Novruz Məmmədov, 17. Ramazan Abbasov (k), 14. Elvin Əliyev, 2. Ruslan Tağızadə, 9. Nuran Qurbanov, 13. Cəmşid Məhərrəmov, 8. Məmməd Quliyev. 3. Saşa Yunisoğlu, 4. Kənan Müslümov
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 98. Ülvi Kələşov, 19. Hüseyn Axundov, 5. Mirkamil Haşımlı, 16. Orxan Lalayev, 99. Əziz Hüseynov, 86. Yasin Həmid
Baş məşqçi: Bəhmən Həsənov
Turnir cədvəli
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
1 |
Qarabağ |
19 |
11 |
5 |
3 |
28-13 |
38 |
2 |
Zirə |
19 |
8 |
8 |
3 |
18-14 |
32 |
3 |
İnter |
19 |
8 |
6 |
5 |
19-14 |
30 |
4 |
Kəpəz |
19 |
7 |
8 |
4 |
22-17 |
29 |
5 |
Qəbələ |
19 |
7 |
7 |
5 |
24-16 |
28 |
6 |
Neftçi |
20 |
7 |
7 |
6 |
21-19 |
28 |
7 |
AZAL |
19 |
7 |
4 |
8 |
12-17 |
25 |
8 |
Sumqayıt |
19 |
3 |
9 |
7 |
23-29 |
18 |
9 |
Xəzər L |
19 |
3 |
4 |
12 |
10-24 |
13 |
10 |
Rəvan |
20 |
2 |
8 |
10 |
13-27 |
8 |
* "Rəvan"ın hesabından 6 xal silinib
Bombardirlər: Ruslan Qurbanov (“Neftçi”), Riçard Almeyda (“Qarabağ”) – 7.