[b]Avstriyada 5 debütant[/b]
27.05.2016 - 09:40
[b]Avstriyada 5 debütant[/b]

Avstriyada Andorra ilə keçirilən yoxlama oyunu (0:0) 5 futbolçunun Azərbaycan millisində debütü ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, start heyətində meydana çıxan Adil Nağıyev, Budaq Nəsirov, Murad Səttarlı, həmçinin sonradan meydana daxil olan Amil Yunanov Vüqar Mustafayev karyeralarında ilk dəfə ölkəmizin əsas yığmasında forma geyinib.

 

Bununla da millidə oynamış futbolçuların sayı 215-ə çatıb. Bad Erlax şəhərindəki görüşədək baş tutan 220 qarşılaşmada 210 oyunçu meydana çıxmışdı.

 

Robert Prosineçkinin baş məşqçi olduğu  əvvəlki 9 qarşılaşmada 14 oyunçu – Namiq Ələsgərov, Eddi İsrafilov, Ruslan Qurbanov, Məhəmməd Qurbanov, Məhəmməd Mirzəbəyov, Coşqun Diniyev, Cavid Tağıyev, Elnur Cəfərov, Rəhman Hacıyev, Pavel Paşayev, Aqil Məmmədov, Elşən Rzazadə, Ürfan Abbasov, Rəşad Eyyubov debüt edib. Andorra ilə matçda xorvatiyalının “siftə” imkanı yaratdıqlarının sayı 19-a çatıb.

0