Yığmamızın rəqibləri bəlli oldu
26.07.2016 - 12:13
Yığmamızın rəqibləri bəlli oldu

Qazaxıstanın Şımkent şəhərində təşkil olunacaq “Prezident kuboku” turnirinin təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının qrupdakı rəqibləri və oyunlarının tarixi də bəlli olub.

 

Avqustun 7-dən 13-dək keçiriləcək turnirin qrup mərhələsində millimiz İran, Tacikistan və Rusiya-2 ilə mübarizə aparacaq.

 

8 avqust

08:00. İran – Azərbaycan

 

9 avqust

08:00. Tacikistan – Azərbaycan

 

11 avqust

08:00. Rusiya-2 – Azərbaycan

 

Mənbə: affa.az

0