[b]Rio-2016: Diskvalifikasiya olunan idmançı medalı qaytarmaq istəmir[/b]
20.08.2016 - 14:55
[b]Rio-2016: Diskvalifikasiya olunan idmançı medalı qaytarmaq istəmir[/b]

Kanoe yarışlarında 1000 məsafəyə yürüşdə 3-cü yerə layiq görülən rusiyalı İlye Ştokalov hələ də medalına qovuşmayıb. Apasport.az saytının yeri mətbuata istinadən məlumatına görə, ona çatmalı olan bürünc medal Moldova Milli Olimpiya Komitəsindədi.

 

Məsələ burasındadı ki, moldovalı kanoeçi Sergey Tarnovski 1000 məsafəyə yürüşdə finişi 3-cü yerdə tamamlasa da, onun qanında dopinq aşkarlanıb. Yarışların Təşkilat Komitəsinin prezidenti Nikolay Juravski məsələ ilə bağlı araşdırmanın davam etdiyini bildirib. Bu üzdən moldovalılar həmin medalı qaytarmaqdan imtina ediblər.

 

Buna baxmayaraq, Beynəlxalq Olimpiya Komitəsi Tarnovskinin diskvalifikasiya olunduğunu bəyan edib. İndiki vəziyyətdə isə bürünc medal 4-cü yerin sahibi İlye Ştokalova verilməlidi.

0