[b]Milli üzvü fərqləndi, komandası qələbə ilə lider oldu[/b]
27.08.2016 - 00:41
[b]Milli üzvü fərqləndi, komandası qələbə ilə lider oldu[/b]

Almaniya III Bundesliqasında 5-ci turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, milli futbolçumuz Tuğrul Eratın formasını geyindiyi “Duysburq” səfərdə "Maqdeburq"la qarşılaşıb.

 

Görüş milli üzvünün komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Matçda start heyətində başlayan futbolçumuz 70 dəqiqə meydanda olub. O, görüşün 40-cı dəqiqəsində fərqlənməklə komandasına qələbə qazandırıb.
 
Qeyd edək ki, "Duysburq" 5 oyundan sonra 11 xalla  turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

0