[b]Türkiyədə ilk üzüntü[/b]
14.11.2016 - 10:34
[b]Türkiyədə ilk üzüntü[/b]

Qadın voleybolçular arasında Türkiyə Superliqasında növbəti matçlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Yana Kulanın şərəfini qoruduğu “Çanakkale Bld” IV tur çərçivəsində “Əczaçıbaşı” ilə üz-üzə gəlib.

 

İstanbulda baş tutan görüş dünya çempionlarının qələbəsi ilə yekunlaşıb. “Əczaçıbaşı” təmsilçimizin komandasına set versə də, xal verməyib – 3:1 (22:25, 25:23, 25:16, 25:9).

 

Bu, “Çanakkale Bld” klubunun mövsümdə ilk məğlubiyyəti olub. Turu xalsız başa vuran komanda 9 xalla ikinci pilləni 5-ci yerə dəyişib.

 

Qeyd edək ki, “Çanakkale Bld” növbəti turda “İdman Ocağı”nı sınağa çəkəcək.

 

 

0