[b]Zaur Svanadze ilk hazırlıq matçını dəyərləndirdi[/b]
15.01.2017 - 21:07
[b]Zaur Svanadze ilk hazırlıq matçını dəyərləndirdi[/b]

“Komanda hazırlıq müddətində birinci matçını keçirdi. İlk oyun üçün kifayət qədər normal oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Qazaxıstanın “Ordabaşı” klubu ilə qarşılaşan “bankirlər” görüşdən qolsuz bərabərliklə ayrılıb.

 

Oyun başa çatdıqdan sonra fikirlərini açıqlayan gürcü çalışdırıcı matçdan razı qalıb: “Hər iki hissədə fərqli heyətlə çıxdıq, Zurab Xizanişvili istisna olmaqla, hamıya şans verdik. Müdafiədə çox ciddi oynadıq, demək olar, səhvə yol vermədik. Bütövlükdə ilk yoxlama matçından razı qaldım”.

0