[b]“Taktiki dəyişiklik öz bəhrəsini vermədi” – Nizami Hacıyev[/b]
30.03.2017 - 20:08
[b]“Taktiki dəyişiklik öz bəhrəsini vermədi” – Nizami Hacıyev[/b]

“Rəqib layiqli qələbə qazandı. İlk hissədə epizodlarımız oldu, qol vura bilərdik, ancaq istifadə edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in yarımmüdafiəçisi Nizami Hacıyev deyib.

 

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda öz meydanında “Qəbələ” ilə qarşılaşan paytaxt təmsilçisi məğlub olub.

 

Görüş başa çatdıqdan sonra kapitan fikirlərini bölüşüb: “Rəqib əlinə düşən fürsətləri 100 % dəyərləndirdi. İlk penalti vəziyyətində Elnur özü də dedi ki, əlimə dəydi. İkinci vəziyyət də məncə, penalti idi. Cavab oyunu haqqında hələ ki, düşünmürük. Qarşıda Premyer Liqa matçı var. Bu oyunu unudub AZAL-la görüşə hazırlaşmalıyıq. Çünki mümkün qələbə sayəsində 3-cü pillədəki yerimizi möhkəmlədə bilərik. Bir neçə futbolçumuzun oynamaması taktiki planda dəyişikliyə səbəb olmuşdu. Bu da öz bəhrəsini vermədi. Ona görə də rəqib topla daha çox oynadı”.

0