Teymur Rəcəbovun komandası Rusiya çempionatında vahid liderdir
12.04.2008 - 10:52
Teymur Rəcəbovun komandası Rusiya çempionatında vahid liderdir
T.Rəcəbov ağ fiqurlarla rusiyalı İvan Popovla heç-heçə oynayıb. Doqquz görüşdən 15 xal toplayaraq vahid liderliyini davam etdirən “Ural” növbəti görüşünü TPS klubuna qarşı keçirəcək.
Vüqar Həşimovun şərəfini qoruduğu “Şatar-Metropol” isə “Yujnıy Ural”a uduzub - 2,5:3,5. Birinci lövhədə çıxış edən qrossmeysterimiz isveçrəli Viktor Korçnoya məğlub olub. Hesabında 10 xal olan və altıncı pillədə qərarlaşan “Şatar-Metropol” bu gün “ŞSM”lə oynayacaq.
Şəhriyar Məmmədyarovun lideri olduğu “Spasio-Swis” 9-cu tur çərçivəsində “Tomsk-400” klubuna 4:2 hesabı ilə qalib gəlib. Həmyerlimiz qara fiqurlarla ukraynalı Dmitri Yakovenko ilə heç-heçə oynayıb. 11 xalla 5-ci pillədə qərarlaşan “Spasio-Swis” hesabat turu çərçivəsində “Politexnik”lə görüşəcək.
Qeyd edək ki, 12 komandanın dairəvi sistemlə mübarizə apardığı Premyer-liqa aprelin 14-də başa çatacaq. Reqlamentə əsasən, ilk dörd yeri tutacaq klublar Avropa çempionatında çıxış etmək hüququ qazanacaq.
0