[b]Daha bir çexiyalı futbolçu intihar etdi[/b]
21.05.2017 - 15:03
[b]Daha bir çexiyalı futbolçu intihar etdi[/b]

Daha bir çexiyalı futbolçu intihar yolunu seçib. Apasport.az saytının “eurosport.ru”ya istinadən məlumatına görə, David Bıstron özünə qəsd edib.

 

Çexiyada “Banik” və “Viktoriya”da çıxış etmiş 35 yaşlı futbolçu evində özünü asaraq həyına son qoyub. Onun maliyyə problemlərinin və ailəsində münaqişənin olduğu bildirilir.

 

Qeyd edək ki, təxminən bir ay əvvəl daha bir çexiyalı futbolçu, Türkiyənin “Qaziantepspor” klubunda çıxış edən Frantişek Raytoral da intihar etmişdi. Hər iki futbolçu “Banik” və “Viktoriya”da birgə çıxış ediblər.

0