[b]“Azərreyl”i tərk etdi - FOTO[/b]
06.06.2017 - 15:53
[b]“Azərreyl”i tərk etdi - FOTO[/b]

Serbiyalı Danitsa Radenkoviç “Azərreyl”lə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı voleybolçu “dəmiryolçular”la müqavilənin müddətini uzatmayıb.

 

O, Azərbaycan klubuna gəlincə oynadığı Polşaya qayıdıb. Super Liqanın gümüş medalını alan toppaylayıcı yeni mövsümü “Muşinyanka”da davam etdirəcək. O, 1 illik razılıq əldə edib.

 

Qeyd edək ki, Radenkoviç “Azərreyl”ə 2016/2017 mövsümünün əvvəlində “Atom”dan transfer olunmuşdu. O, 2014-2015-ci illərdə isə “Muşinyanka” çıxış edib. 

0