[b]“Qəbələ”nin gözlədiyi komanda məğlub oldu - VİDEO[/b]
21.06.2017 - 11:15
[b]“Qəbələ”nin gözlədiyi komanda məğlub oldu - VİDEO[/b]

“Qəbələ”nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərindən “Yagelloniya” təlim-məşq toplanışını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Polşa təmsilçisi yoxlama görüşündə qüvvəsini sınayıb.

 

Polşanın Novi Tomişl şəhərində baş tutan qarşılaşmada baş məşqçi İreneus Mamrotun yetirmələri Kipr klubu AEK-lə üz-üzə gəlib. Kiprlilərin 75-ci dəqiqədə vurduğu qol oyunda yeganə olub və “Yagelloniya” məğlubiyyətlə barışıb.

 

Yagelloniya” (Polşa) – AEK (Kipr) – 0:1

Qol: Nestoras Mitidis, 75

Yagelloniya” (ilk hissə): Marian Kelemen, Ziqqi Qordon, David Şimonoviç, Quti, Pyotr Tomasik, Taras Romançuk, Rafal Qrzib, Fyodor Çerniç (David Polkovski, 30), Prjemislav Mistkovski, Arvidas Novikovas, Lukaş Sekulski

(İkinci hissə): Marian Kelemen (Damian Veqlarz, 60), Lukaş Burliqa, İvan Runye, Asatiani, Gilyerme, Yaçek Qoralski, Damian Şimanski, Dmitro Xomçenovski, Karol Sviderski, David Polkovski (Patrik Klimala, 65), Killian Şeridan

 

Qeyd edək ki, “Yagelloniya” Avropa Liqasının I təsnifat mərhələsində Batumi “Dinamo”su (Gürcüstan) ilə qarşılaşacaq. Bu cütlüyün qalibi növbəti mərhələdə “Qəbələ”nin rəqibi olacaq.

 

0