[b]“Zirə” yeni prezidentini seçdi[/b]
14.09.2017 - 14:58
“Zirə”nin yeni prezidentinin adı açıqlanıb. Apasport.az-ın Bakı komandasının rəsmi saytına istinadən məlumatına görə, klubdaxili iclasdan sonra yeni rəhbər müəyyənləşib.
Klubun yaradılmasının əsas təşəbbüskarı olan son prezident Orxan Məmmədov fəxri-prezident seçilib. Boş qalan rəhbər postuna buna qədər icraçı direktor vəzifəsində çalışan Natiq İsmayılov gətirilib.
Paytaxt təmsilçisində icraçı direktor vəzifəsini bundan sonra Cahangir Məmmədov yerinə yetirəcək.
0
0