[b]“...nəticə bizim üçün vacib deyildi” – Joze Alesio[/b]
24.01.2018 - 00:15
[b]“...nəticə bizim üçün vacib deyildi” – Joze Alesio[/b]

“Deməzdim ki, nəticə bizim üçün vacib deyildi. Həm yaxşı nəticə, həm də oyun təcrübəsi qazanmaq istəyirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva deyib.

 

İranla yoldaşlıq oyununda üz-üzə gələn yığmamız 3:3 hesablı bərabərliyə razılaşıb.

 

Matçdan sonra açıqlama verən braziliyalı çalışdırıcı fikirlərini bölüşüb: “Komanda üzvlərinin əksəriyyəti bir aya yaxındır heç bir rəsmi oyunda iştirak etmirdilər. Ona görə də, futzalçıların hamısına şans verdim ki, bundan maksimum istifadə etsinlər. Əsas odur ki, oyun intizamından qopmadıq, bir neçə “ev tapşırığı”nı sınadıq. Komandamın oyunu məni qane etdi. Verdiyim tapşırıqları yerinə yetirə bildilər. Rəqibimiz kifayət qədər güclü komandadır. Üstəlik, İranla Fransa yığmasının oyun planında oxşar cəhətləri çoxdur. İran millisinin heyətində fərdi qabiliyyətinə görə seçilən oyunçuları var”.

 

Qeyd edəki, tərəflər arasındakı ikinci matç bu gün keçiriləcək.

0