[b]Muradovun qolu “Sparta”nın məğlubiyyətinə əngəl olmadı[/b]
11.03.2018 - 15:58
[b]Muradovun qolu “Sparta”nın məğlubiyyətinə əngəl olmadı[/b]

Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil edilən çempionatda XXI turun oyunları davam edir. Apasport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçular Fərid Nəbiyev və Rövlan Muradovun çıxış etdiyi “Slaviya”nın gənclərdən ibarət kollektivi də meydana çıxıb.

 

Praqa təmsilçisi “Bohemians”ın qonağı olub. Oyun “Slaviya”nın 2:3 hesablı məğlubiyyəti ilə nəticələnib.

 

Nəbiyev bu görüşün iştirakçısı olmayıb. Əvəzində Muradov meydana çıxıb. “11-lik”də yer alan və oyunu əvəzlənmədən keçirən Rövlan komandasının qollarından birinə imza atıb.

 

Qeyd edək ki, 29 xala malik “Slaviya”nın U-21 komandası turnir cədvəlində 8-cidi.

0