İngilislər “İlin futbolçu”sunu seçirlər
19.04.2014 - 02:40
İngilislər “İlin futbolçu”sunu seçirlər

 

İngiltərə futbolçularının Həmkarlar İttifaqı 2013-2014-cü il mövsümünün “İlin futbolçusu” adına namizədləri elan edib. Apasport.az saytının məlumatına görə, 6 nəfərlik siyahıya “Liverpul”un 3 futbolçusu daxildir.

 

Çempionluq yarışının əsas favoritlərindən olan “Livurpul”u Luis Suares, Stiven Cerrard və Daniel Starric təmsil edir. Liverpul üçlüyündən əlavə, siyahıda “Mançester Siti”dən Yaya Ture, “Çelsi”dən Eden Azar və “Sauthempton”dan Adam Lallanın adları var. Maraqlıdır ki, Lallan top-klubda oynamayan yeganə futbolçudur.

 

Starric və Azar həm də “İlin ən yaxşı gənc futbolçusu” adı uğrunda da mübarizə aparırlar. Bu siyahıya “Liverpul”dan Rəhim Sterlinq, “Arsenal”dan Aeron Remzi, “Everton”dan Ross Barkli, “Sauthempton”dan Lyuk Şonun da adları daxil edilib.

 

Qaliblərin adları aprelin 27-də Londonda açıqlanacaq.

 

 

0