[b]Böyükağa Hacıyev: “Partizan” 2 il əvvəlkindən qat-qat güclüdü [/b]
21.08.2014 - 08:03
[b]Böyükağa Hacıyev: “Partizan” 2 il əvvəlkindən qat-qat güclüdü [/b]

“Partizan”ı yaxşı tanıyırıq, ciddi rəqibdir, güclü futbolçuları var. Bu rəqiblə 2 il əvvəl qarşılaşmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

 

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Partizan” (Serbiya) – “Neftçi” (Azərbaycan) matçı öncəsi təşkil olunan mətbuat konfransında çıxış edən təcrübəli mütəxəssis serbiyalı jurnalistlərin suallarını cavablandırıb. Hacıyev bugünkü oyun haqda fikirlərini də açıqlayıb: “Üstəlik, komandanın son oyunlarını da izləmişəm. Bu “Partizan” 2 il əvvəlkindən qat-qat güclüdür. Fikrimcə, cütün taleyi Bakıdakı oyunda həll olunacaq. Komandamıza inanıram. Ümid edirəm ki, azarkeşlər maraqlı qarşılaşmanın şahidi olacaqlar”.

 

Qeyd edək ki, mətbuat konfransından sonra “Neftçi”nin “Partizan” stadionunda məşqi baş tutub.

 

0