“Dnepr” – “Qarabağ” oyununun hakiminin adı açıqlandı
20.10.2014 - 15:43
“Dnepr” – “Qarabağ” oyununun hakiminin adı açıqlandı

“Dnepr” – “Qarabağ” matçının baş hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avroliqanın qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək görüşü çexiyalı Libor Kovrajik idarə edəcək.

 

Qeyd edək ki, “Dnepr” – “Qarabağ” oyunu oktyabrın 23-də Kiyevin Olimpiya stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də başlayacaq. 

0