Qurban Qurbanov futbolçularına istirahət vermədi
24.10.2014 - 19:12
Qurban Qurbanov futbolçularına istirahət vermədi

Dünən Avropa Liqasının qrup mərhələsində "Dnepr"i Kiyevdə məğlub edən (0:1) "Qarabağ" istirahət etmədən Topaz Premyer Liqasının IX turu çərçivəsində baş tutacaq "Xəzər Lənkəran"la oyunun hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, səhər saatlarında Bakıya qayıdan Ağdam təmsilçisi artıq cənublularla oyunun hazırlıqlarına başlayıb.

 

"Qarabağ" sabah isə 1 məşqin ardından növbəti oyununa çıxacaq.

 

Qeyd edək ki, "Qarabağ" - "Xəzər Lənkəran" oyunu oktyabrın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 18:00-da start götürəcək.

0