Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, yığmamız Belçikada təşkil olunan seçmə mərhələnin X qrupunun II turunda İsveçrə ilə görüşüb.
İlk turda darmadağına üzülən yığmamız mərhələ adlamaq şanslarını saxlamaq üçün ilk 3 xalına sevinib. Mirbağır İsayevin yetirmələri rəqibini 2:1 hesabı ilə məğlub edib.
Digər görüşdə isə Bosniya və Herseqovinaya Belçikaya 1:4 hesabı ilə uduzub.
Qeyd edək ki, Azərbaycan - İsveçrə matçını AFFA-nın baş katibi Elxan Məmmədov da izləyib.
25 oktyabr
Azərbaycan – İsveçrə - 2:1
Qollar: Süleymanov, 28, Qarayev, 69 - Samardziç, 22
Belçika - Bosniya və Herseqovina - 4:1
Qollar: Verret, 17; 61, Janssens, 23, Daneels, 56 – Mujaqiç, 42